İNAM ATA (ASİF ATA) DƏDƏ QORQUDLUĞUMUZ – AĞSAQQALLIĞIMIZ 1.BİRLİK Dədə Qorqud Dünyası vardı: Dünya Dədə Qorqudluydu. Dədə Qorqud öz Dünyasında Loğman idi – Qeybdən xəbər verirdi: Ad qoyurdu, Elçilik eləyirdi, Qopuz çalırdı, Boy boylayırdı, Söz söyləyirdi....
More
İNAM ATA (ASİF ATA) DƏDƏ QORQUDLUĞUMUZ – AĞSAQQALLIĞIMIZ 1.BİRLİK Dədə Qorqud Dünyası vardı: Dünya Dədə Qorqudluydu. Dədə Qorqud öz Dünyasında Loğman idi – Qeybdən xəbər verirdi: Ad qoyurdu, Elçilik eləyirdi, Qopuz çalırdı, Boy boylayırdı, Söz söyləyirdi. Dədə Qorqudlu Dünyada Loğman var idi. Qeybdən xəbər verən var idi; Ad qoyan var idi, Elçilik eləyən var idi; Qopuz çalan, Boy boylayan, Söz söyləyən var idi. Ağsaqqallıqla Dünya Bir olmuşdu, bu səbəbdən də Dünya sanballıydı. …Birlik Dağıldı, Dünya Ağsaqqalsız qaldı, Ağsaqqal Dünyasız. 2. DƏDƏ QORQUD DÜNYASI – QORQUDLU DÜNYA Dədə Qorqud Dünyasında Salur Qazan, Qaraca Çoban kimi Kişilər var idi; Burlaxatın, Banıçiçək, Selcan kimi Qadınlar, Buğaclar, Uruzlar, Beyrəklər, İmranlar kimi Oğullar var idi. Dədə Qorqud Dünyasında Salur Qazan, Qaraca Çoban kimi Kişilərin, Burlaxatın, Banıçiçək, Selcan kimi Qadınların, Buğac, Uruz, Beyrək, İmran kimi Oğulların – Qorqud kimi Ağsaqqalı vardı. Dədə Qorqud Dünyası – Qorqudlu Dünya Məliklər həqarətinə
Less