Dünya tarixinə nəzər saldıqda qarşılaşdığımız böyük həqiqət elmin əzəli və əbədi olmasıdır. Bəşəriyyət tarixində insanın düzgün formalaşması yalnız elmi biliklərə yiyələndikdən sonra baş verir. Elm, onu sevənləri sevir və düzgün yola yönəldir. Tarixə düşən...
More
Dünya tarixinə nəzər saldıqda qarşılaşdığımız böyük həqiqət elmin əzəli və əbədi olmasıdır. Bəşəriyyət tarixində insanın düzgün formalaşması yalnız elmi biliklərə yiyələndikdən sonra baş verir. Elm, onu sevənləri sevir və düzgün yola yönəldir. Tarixə düşən şəxsiyyətlər elmin onlara verdiyi töhfə ilə bəhrələnmiş, nəticədə dəyərli və unudulmaz olmaqla bəşəriyyətə qovuşmuşlar. Bəşəri şair, ahi Nizami yazırdı: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”. Elm bəşəri və əbədidir. Muzeylərin ekspozisiyalarında nümayiş etdirilən və fondlarında qorunan hər eksponat müxtəlif sahələrdə çalışan alimlər üçün təcrübə mənbəyidir.
Less