1 Ön söz Xalqın mənəviyyatının ifadəçisi olan bədii ədəbiyyat yalnız tarixin təsviri deyil, eləcə də tarixin bədii obrazlarda əksidir. Tarixçilər Antik dövr tarixini o dövrün ədəbiyyatı vasitəsilə öyrəniblər desək heç də yanılmarıq. Çox zəngin ədəbi irsə...
More
1 Ön söz Xalqın mənəviyyatının ifadəçisi olan bədii ədəbiyyat yalnız tarixin təsviri deyil, eləcə də tarixin bədii obrazlarda əksidir. Tarixçilər Antik dövr tarixini o dövrün ədəbiyyatı vasitəsilə öyrəniblər desək heç də yanılmarıq. Çox zəngin ədəbi irsə malik Dünya ədəbiyyatı hər tarixi dövrdə öz janr rəngarəngliyi, cərəyanların müxtəlifliyi ilə onunla təmasda olan hər kəsin dünyagörüşünün formalaşmasında, elmi, mədəni-intellektual səviyyəsinin yüksəlməsində əvəzsiz əhəmiyyət kəsb edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris olunan bu fənn müxtəlif dövr və cərəyanlar əsasında bölünərək tələbələrə keçirilir. Antik dövrdən müasir dövrümüzə qədərki zaman daxilində Dünya ədəbiyyatından əvəzsiz ədəbi nümunələr vasitəsi ilə tələbələrə milli təfəkkürlə Dünya mədəniyyətinə nüfuz etmək bacarığını aşılamaq tədrisin başlıca məqsədlərindən biridir. Təqdim olunan dərs vəsaiti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr pilləsində təhsil alan tələbəl
Less