AZƏRBAYCAN DİLİ və ƏDƏBİYYAT TƏDRİSİ. 2019. №3-4 • T ÜRK D ÜNYASI • «Divanü-lüğət-it-türk» əsərindəki atalar sözləri və məsəllərdə predikativlik, modallıq, intonasiya Ramil Zeynalov Sumqayıt Dövlət Universitetinin doktorantı. E-mail:...
More
AZƏRBAYCAN DİLİ və ƏDƏBİYYAT TƏDRİSİ. 2019. №3-4 • T ÜRK D ÜNYASI • «Divanü-lüğət-it-türk» əsərindəki atalar sözləri və məsəllərdə predikativlik, modallıq, intonasiya Ramil Zeynalov Sumqayıt Dövlət Universitetinin doktorantı. E-mail: ramilzeynalov1982@gmail.com https://orcid.org/ Xülasə. Predikativlik, modallıq və intonasiya bitkinliyinin vəhdəti sözlərin və söz birləşmələrinin cümləyə çevrilərək fikri ifadə etməsini təmin edir. Predikativlik üçün zaman şəkilçilərinin, modallığın, şəxs sonluğunun mühüm əhəmiyyəti vardır. Şəxs sonluğu türk dillərində, o cümlədən, Azərbaycan dilində subyekt haqqında informasiya verir. M.Kaşğarinin «Divanü-lüğət-it-türk» əsərində işlənən atalar sözləri və məsəllərə diqqət etdikdə biz predikativliyin tarixi mərhələlərinin şahidi oluruq. Predikativlik intonasiya ilə birlikdə çıxış edir. Predikativliyin tamamlanmasında ikinci mühüm əlamət – cümləyə məxsus intonasiya iştirak edir. İntonasiyanın köməyilə müxtəlif semantik mənalar, çalarlar ifadə edə bilirik. C
Less