"Azərbaycan dili və ədəbiyyat tədrisi" elmi-metodik jurnalı.
2021 № 1 (267)
ISSN 2790-0738 (Print)
«Azərbaycan dili və ədəbiyyat tədrisi» jurnalı Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası, təbliği və tədqiqi problemlərini araşdırır, tədris...
More
"Azərbaycan dili və ədəbiyyat tədrisi" elmi-metodik jurnalı.
2021 № 1 (267)
ISSN 2790-0738 (Print)
«Azərbaycan dili və ədəbiyyat tədrisi» jurnalı Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası, təbliği və tədqiqi problemlərini araşdırır, tədris prosesində Azərbaycan dili və ədəbiyyat müəllimlərinə elmi-metodik köməklik göstərir. Jurnal ildə dörd dəfə nəşr olunmaqla, Azərbaycan, rus, ingilis və türk dillərində orijinal məqalələrin dərcini həyata keçirir. Jurnal dilçilik və ədəbiyyatşünaslıq, metodika: təcrübə və nəzəriyyə, ümumtəhsil, orta ixtisas və ali məktəblərdə Azərbaycan dilinin və ədəbiyyatın tədrisi, eləcə də qədim, orta və yeni dövr Azərbaycan ədəbiyyatının tədqiqi, poeziya və mətnşünaslıq, ədəbi tənqid və dilçilik məsələlərini əhatə edən bölmələrdən ibarətdir. «Nəşrlər» bölməsində elmi-pedaqoji sahədə yeni nəşr edilən kitablar tanıdılır.
Less