Koroğlu-xalqımızın igidlik , mübarizlik simvolu Koroğlu Azərbaycan xalqının ən sevimli dastan qəhrəmanlarından biridir.”Koroğlu” dastanı haqqında araşdırmalardan məlum olur ki,o, yarı mıstık xalq qəhrəmanıdır.Onun təqribən XVI əsrin II yarısı yaşadığı güman...
More
Koroğlu-xalqımızın igidlik , mübarizlik simvolu Koroğlu Azərbaycan xalqının ən sevimli dastan qəhrəmanlarından biridir.”Koroğlu” dastanı haqqında araşdırmalardan məlum olur ki,o, yarı mıstık xalq qəhrəmanıdır.Onun təqribən XVI əsrin II yarısı yaşadığı güman edilir.Koroğlu Cəlalilər hərəkatının başçılarından biri olub. XVI əsrin ortaları-XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. Əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali hərəkatlarından birinə Koroğlu başçılıq edirdi.Koroğlunun əsl adı Rövşən olmuşdur.Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.
Less