Tədqiqatçılıq müasir təhsil sistemində işləyən müəllimlərin aparıcı xüsusiyyəti hesab edilir. İnformasiyaların sürətlə artdığı bir zamanda onu ardıcıl olaraq izləmək, ümumiləşdirərək öz işinin gedişatına gətirmək indiki müəllimlər üçün əsas keyfiyyət kimi...
More
Tədqiqatçılıq müasir təhsil sistemində işləyən müəllimlərin aparıcı xüsusiyyəti hesab edilir. İnformasiyaların sürətlə artdığı bir zamanda onu ardıcıl olaraq izləmək, ümumiləşdirərək öz işinin gedişatına gətirmək indiki müəllimlər üçün əsas keyfiyyət kimi dəyərləndirilir. Axtarışlar aparmaq, fəaliyyətini tədqiqatçılıq prinsipləri üzərində qurmaqda hər müəllimin özünəməxsus potensial imkanı, iş təcrübəsi vardır. Onların öyrənilməsi, digər müəllimlər tərəfindən tətbiq olunması, pedaqoji innovasiyaların ümumiləşdirilərək geniş yayılması baxımından əhəmiyyət daşıyır. İnteraktiv termini “qarşılıqlı fəaliyyətə əsaslanan” deməkdir. Lakin qarşılıqlı fəaliyyət istənilən tədris metodunun istifadəsi zamanı az və ya çox dərəcədə mövcud olur.
Ana dili və ədəbiyyatın öyrənilməsində interaktivlik dedikdə, sadəcə obyektlərin qarşılıqlı təsir prosesi deyil, şagirdlərin tədqiqat xarakteri daşıyan xüsusi təşkil olunmuş idrak fəaliyyəti başa düşülməlidir. İnteraktiv metodlara ədəbiyyatin tədrisini
Less