Yazılışı çətin sözlər üzərində iş. İRADƏ MƏLİKOVA Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi, 2008/2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi irada666@mail.ru İbtidai siniflərdə Azərbaycan dili tədrisinin...
More
Yazılışı çətin sözlər üzərində iş. İRADƏ MƏLİKOVA Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi, 2008/2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi irada666@mail.ru İbtidai siniflərdə Azərbaycan dili tədrisinin qarşısında duran ən mühüm vəzifələrdən biri də şagirdlərə orfoqrafik cəhətdən savadlı, kalliqrafik cəhətdən düzgün, gözəl, aydın, rəvan yazı vərdişi aşılamaqdır. Elə birinci sinifdən başlayaraq şagirdlərə yazı zamanı düzgün əyləşmək, dəftəri maili qoymaq, qələmi düzgun tutmaq qaydasını, dəftərdə sətir xəttini tanıdıram. Təcrübəmdən bilirəm ki, məktəbdə ilk yazmağı öyrənənlərin evdən yazı bilən uşaqlara nisbətən xətti gözəl olur. Ona görə də valideynlərlə söhbətlərdə bildirirəm ki, onların evdə öyrətdikləri yazını sonradan düzəltmək çətin olur. Yaxşı olar ki, uşaqlar ilkin yazı vərdişlərinə, hərflərin kalliqrafiyasına məktəbdə yiyələnsinlər.
Less