CÜMLƏNİN İKİNCİ DƏRƏCƏLİ ÜZVLƏRİ Cümlənin baş üzvlərini aydınlaşdıran, izah edən cümlə üzvlərinə ikinci dərəcəli üzvlər deyilir. İkinci dərəcəli üzvlər aşağıdakılardır: 1. Tamamlıq 2. Təyin 3. Zərflik TAMAMLIQ Tamamlıq mübtəda ilə xəbər arasında münasibət...
More
CÜMLƏNİN İKİNCİ DƏRƏCƏLİ ÜZVLƏRİ Cümlənin baş üzvlərini aydınlaşdıran, izah edən cümlə üzvlərinə ikinci dərəcəli üzvlər deyilir. İkinci dərəcəli üzvlər aşağıdakılardır: 1. Tamamlıq 2. Təyin 3. Zərflik TAMAMLIQ Tamamlıq mübtəda ilə xəbər arasında münasibət yaradıb, bu və ya digər formada xəbərin mənasını tamamlayan cümlə üzvüdür. Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hal suallarından və yer, zaman suallarından başqa ismin qalan hallarının suallarından birinə ya qoşma ilə, ya da təklikdə (kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə haqqında? nə barədə?) cavab olur.Məsələn: Aygülü (kimi?)çağır. Suyu (nəyi?)iç.Biz qəhrəmanlarla(kim ilə?)fəxr edirik və s. Tamamlıq həm feili xəbərlə, həm də başqa nitq hissələrilə ifadə edilən üzvlərlə da bağlı olur: Tələbələr imtahana hazırlaşır – cümləsində tamamlıq (imtahana) feilə, Bu kitab ondan maraqlıdır – cümləsində tamamlıq (ondan) sifətə aiddir. Tamamlığın ifadə vasi
Less