Biologiyaya aid elmi tapmacalar (motivasiya və dərsin digər mərhələlərində istifadə etmək ücün) Ön ətrafda üc barmaq Pəncə lüləli ayaq Yumurta böyük deyə, Enliləşibdir canaq (Quş) O,qapalı borular sistemidir Qan daşiması iş mexanizmidir Ürəkdən bədənə , ya...
More
Biologiyaya aid elmi tapmacalar (motivasiya və dərsin digər mərhələlərində istifadə etmək ücün) Ön ətrafda üc barmaq Pəncə lüləli ayaq Yumurta böyük deyə, Enliləşibdir canaq (Quş) O,qapalı borular sistemidir Qan daşiması iş mexanizmidir Ürəkdən bədənə , ya da əksinə Şaxələnmiş əriş-arğac kimidir. (Qan damarları) Coxalmanın əsasında baş verir Bir hüceyrə ikisini törədir. Hər qız hüceyrədə olan DNT Ana hüceyrədə olan qədərdir. (Mitoz) Yaşananda ontogenez Xatırlanır filogenez Hər canlının rüşeymində Həm qısaca, həm də ki tez. (Biogenetik qanun) Tacı, boynu, əsası Tac üstündə minası. Daxilən oxşarsa da, Üç cürədir forması. (Diş) Həm özlü, həm kalloid Hüceyrə içi mühit. Saxlar içində nüvə Həm çoxluorqanoid (Sitoplazma)
Less